Qazaxıstanın "Kayrat" klubunda çıxış edən portuqaliyalı hücumçu Jorjinyo Azərbaycan klublarının maraq dairəsindədir.
Musavat.com İdmanxeber.az-a istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə "Qarabağ", "Turan Tovuz", Yunanıstanın OFİ və Kiprin "Pafos" klubları maraqlanır. Komandaların futbolçu üçün danışıqlar apardığı bildirilir.
Ancaq oyunçunun Azərbaycanda oynama ehtimalı azdır. Çünki o, karyerasını ölkəmizdə davam etdirmək istəmir.
Jorjinyo ötən mövsüm "Kayrat"ın heyətində bütün turnirlərdə 34 oyuna çıxaraq 11 qol vurub, 6 assist edib.






