Rusiyanın bir sıra regionlarında benzin qıtlığından şikayətlər artarkən hakim “Vahid Rusiya” partiyasından olan deputat Andrey İsayev vətəndaşlara narazılıq etmək əvəzinə “özlərini yeniyetmə kimi aparmamağı” məsləhət görüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyası rəhbərinin müavini Andrey İsayev yanacaq çatışmazlığının ölkə daxilində yol verilən səhvlərdən deyil, qarşı tərəfin zərbələrindən qaynaqlandığını bildirib.
“Yetkin kişilərə müraciət edib özlərini yeniyetmə kimi aparmamağa çağırmaq istəyirəm. Təsəvvür edin, boru partlayıb, bütün paltarları su basıb. Uşaq isə deyir: “Amma mən bu gün diskotekaya getməliyəm, bütün paltarlarım da islanıb! Nə edirsiniz edin, həmin paltarları geyinib diskotekaya getməliyəm”, - deyə deputat xüsusilə benzin qıtlığından şikayət edən kişilərə belə bir müraciət edib.
Beləliklə, hakim partiyanın təmsilçisi Rusiyanın müxtəlif bölgələrində yanacaq çatışmazlığından narazı qalan vətəndaşların davranışını diskotekaya gedə bilmədiyi üçün şikayət edən yeniyetmənin davranışı ilə müqayisə edib.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 15.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/results?search_query=tv+musavat






