İnsanlara hürriyət, millətlərə istiqlal!

Əqli qüsurlu gənc itkin düşdü – FOTO

517 21.07.2026 16:17 Hadisə A A

Quba rayonunun 2-ci Nügədi kənd sakini, 2002-ci il təvəllüdlü Vüsal Tərlan oğlu Bədəlov itkin düşüb.

Musavat.com xəbər verir ki, o, iyunun 10-da yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Yaxınlarının Musavat.com-a verdiyi məlumata görə, Vüsal Bədəlov əqli qüsurlu şəxsdir. O, sonuncu dəfə iyunun 30-da Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Misir parkı ərazisində görülüb. Həmin vaxtdan etibarən onun harada olması barədə hər hansı məlumat yoxdur.

Ailəsi və yaxınları Vüsal Bədəlovu görən və ya onun yeri barədə məlumatı olan şəxslərdən aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamalarını xahiş edirlər:

070 311 10 52

070 377 91 07

Qeyd edək ki, xəbəri ilk Shimal.News səhifəsi yayımlayıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR