İnsanlara hürriyət, millətlərə istiqlal!

Börnemin hakimiyyətə gəlməsi dövlət çevrilişi adlandırıldı

1149 21.07.2026 19:13 Dünya A A

Sağçı populist “Reform UK” partiyasının lideri Naycel Faraj Endi Börnemin Birləşmiş Krallığın baş naziri təyin edilməsini dövlət çevrilişi adlandırıb və ölkədə erkən ümumi seçkilərin keçirilməsinə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, N.Faraj “The Daily Mail” qəzetində dərc olunan köşə yazısında yazıb:

"Cəmi bir neçə həftə ərzində Endi Börnem baş nazirin Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahına basqın etdi və heç kim onu dayandırmağa belə çalışmadı. Səhv etməyin, bu, dövlət çevrilişidir - vəssalam. Ümumi seçkilər dərhal keçirilməlidir".

YouGov-un son rəy sorğusuna görə, “Reform UK” Böyük Britaniyada seçicilər arasında ən yüksək dəstəyə malikdir (25%). İkinci yerdə Mühafizəkarlar partiyası (20%), ardınca Leyboristlər partiyası (19%) gəlir. Yaşıllar dördüncü yerdədir (14%), ondan sonra Liberal-demokratlar partiyası (12%) gəlir. Növbəti ümumi seçkilərin 2029-cu ilin avqustundan gec olmayaraq keçirilməsi planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR