Bərdə rayonu ərazisindən keçən Yuxarı Qarabağ kanalında bir neçə gün əvvəl batan şəxsin meyiti tapılıb.
Musavat.com apa-ya istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Rəsul Binnatovun meyiti Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış-xilasetmə qrupu tərəfindən sudan çıxarılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.






