İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigarın şirkəti fəaliyyətini dayandırdı

4415 21.07.2026 12:05 Son xəbər A A

Bir qrup vətəndaş "Aid-Group" xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçi olduqdan sonra şirkət fəaliyyətini dayandırıb. 

Musavat.com xəbər verir ki, şirkətin sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edilib.

Bildirilib ki, şirkət müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 

"Şirkətimiz fəaliyyətinə müvəqqəti ara verib. Fəaliyyətimiz həftə ərzində bərpa olunduqdan sonra bu barədə məlumat verəcəyik" deyə, paylaşımda yazılıb. 

Şirkətlə bağlı məlumatların şərh bölümündə isə Nigar Fərhadın saxlanılması haqda rəylər yazılıb. Bildirilib o, müştərilərin şikayəti əsasında saxlanılıb.

Qeyd edək ki, Nigar Fərhad "Kanal S"də "Sözün bitdiyi an" verilişinin aparıcısı kimi tanınıb.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR