Hollivudun canlı əfsanələrindən olan Al Paçino Nyu-Yorkda qatıldığı tədbirdə görüntülənib.
Musavat.com xəbər verir ki, 86 yaşlı məşhur aktyorun son halı diqqət çəkib, illərin təsiri də gözlərdən qaçmayıb.
Oskar mükafatlı aktyor uzun müddətdir kameralardan uzaq bir həyat sürsə də, bu tədbirdə iştirakı ilə yenidən diqqət mərkəzinə düşüb.
"The Godfather" (Xaçatası), "Scarface" (Çapıqlı üz) və "Scent of a Woman" (Qadın ətri) kimi filmlərlə kino tarixinə adını qızıl hərflərlə yazdıran Al Paçinonun son görüntüsü maraq doğurub. Yaşının olduqca irəlilədiyi və xaricigörünüşünün nəzərəçarpacaq dərəcədə dəyişdiyi müşahidə olunan usta sənətkarın yorğun halı da diqqətdən yayınmayıb.
Karyerası boyu saysız-hesabsız mükafatlara layiq görülən və dünya kinosunun ən mühüm simalarından biri hesab edilən Al Paçino 86 yaşında olmasına baxmayaraq, hələ də ictimaiyyətin böyük marağına səbəb olmaqda davam edir.

Musavat.com






