İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Avropaya aid məsələləri Rusiya ilə müzakirə etməyəcək

516 28.11.2025 01:21 Siyasət A A

Avropa ölkələri ABŞ Dövlət Katibi Marko Rubionun Ukrayna ilə bağlı sonrakı danışıqlarda avropalılara birbaşa təsir edən məsələləri müzakirə etməyəcəyinə söz verməsinə nail olublar.

Musavat.com xəbər verir ki, məlumatı The New York Times qəzeti adı açıqlanmayan bir məmura istinadən yayıb. Məmurun sözlərinə görə, "daha yaxın ünsiyyət, eləcə də Ukrayna tərəfinin təzyiqi sayəsində kiçik bir irəliləyiş əldə edilib: Rubio Avropa nümayəndələrinə gizli şəkildə bildirib ki, Avropa ölkələrinə birbaşa təsir edən məsələlər gələcək danışıqlarda qaldırılmayacaq".

Qəzetin məlumatına görə, 21 noyabrda Avropa nümayəndələri ilə danışıqlar zamanı ABŞ ordusunun katibi Den Driskol avropalıların Kiyevə çox yaxınlaşdığını və Ukraynadakı vəziyyəti obyektiv qiymətləndirə bilmədiklərini bildirib. Katib əlavə edib ki, həmin vaxt avropalılar prosesə çoxlu tərəf cəlb etmək istəmədikləri üçün Ukrayna üçün planın hazırlanmasında iştirak etmirdilər.

Axios əvvəllər xəbər vermişdi ki, ötən bazar günü Cenevrədə ABŞ və Ukrayna rəsmiləri arasında aparılan danışıqlardan sonra Amerikanı sülh  planı 28 bənddən 20 bəndə endirilib. Onlardan 18-i üzrə razılıq əldə edilib. ABŞ administrasiyasının adı çəkilməyən yüksək vəzifəli rəsmisi əlavə edib ki, qalan iki bəndin məzmunu "həssas təbiəti" səbəbindən ictimaiyyətə açıqlanmır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR