İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Trampa qarşı milyonların etirazı başlayıb: "No Kings”! VİDEO

2054 30.03.2026 00:10 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ-ın bir sıra böyük şəhərlərində “No Kings” (“Krallara yox”) şüarı altında kütləvi etiraz aksiyaları keçirilib.

Sosial şəbəkələrdə və yerli media görüntülərində Boston, Çikaqo, Minneapolis və digər şəhərlərdə minlərlə insanın iştirak etdiyi aksiyalar əks olunub. Etirazçılar müxtəlif şüarlar səsləndirərək ölkədə aparılan siyasətə narazılıqlarını ifadə ediblər.

Yayılan kadrlarda xüsusilə Boston şəhərində yerləşən Boston Common parkında böyük izdihamın toplandığı, həmçinin Çikaqoda genişmiqyaslı yürüşlərin keçirildiyi görünür. ABŞ mediasında da bu aksiyaların bir neçə şəhərdə paralel təşkil olunduğu bildirilir. 

Aksiyaların əsas şüarı olan “No Kings” ifadəsi, iştirakçıların fikrincə, hakimiyyətin mərkəzləşməsinə və siyasi qərarların tənqidinə yönəlib. Etirazların ABŞ prezidenti Donald Trump administrasiyasının siyasəti fonunda və ona qarşı keçirildiyi qeyd olunur. 

Bununla yanaşı, İran prezidenti Məsud Pezeşkian da ABŞ-dakı etirazlara münasibət bildirib. O qeyd edib ki, ABŞ-da baş verən aksiyalar ölkə daxilində narazılıqların göstəricisi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, amerikalıların bir hissəsi mövcud siyasətdən narazıdır və bu narazılıq etirazlarda öz əksini tapır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR