İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ daha 7 ölkənin vətəndaşlarına qapılarını BAĞLADI

869 17.12.2025 10:23 Siyasət A A

Vaşinqton ABŞ-a giriş qadağası tətbiq olunan ölkələrin siyahısını genişləndirib.

Musavat.com xəbər verir ki, yeni siyahıya Burkina-Faso, Mali, Cənubi Sudan, Niger, Suriya, Laos və Sierra-Leone daxildir.

Qeyd edək ki, son iki ölkə üzrə əvvəllər ABŞ-a qismən giriş qadağası tətbiq olunmuşdu.

Məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.

Sərəncam ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb.

Sənəddə həmçinin əvvəlki qadağaların qüvvədə qaldığı qeyd olunur. Belə ki, ABŞ-a hələ də Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının girişi qadağandır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR