ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Amerika siyasətindəki pərdəarxası məqamlarla bağlı növbəti səs-küylü bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, o, Cennifer Uelç və Enci Sallivanın aparıcılığı ilə yayımlanan məşhur "I’ve Had It" podkastında Vaşinqtonda əsasən respublikaçılardan ibarət gizli bir "gey-mafiya" qruplaşmasının mövcud olduğunu iddia edib.
Baydenin sözlərinə görə, federal hökumətdə təsir imkanlarına malik olan bu şəxslər öz həqiqi cinsi orientasiyalarını gizlədirlər və daxili ziddiyyətlərindən doğan aqressiyanı cəmiyyətə qarşı yönəldirlər.
O, ABŞ siyasətindəki bu qeyri-rəsmi idarəetmə formasını "klozetokratiya" ("closetocracy") adlandıraraq, Vaşinqtondakı bir çox siyasi qərarların məhz bu gizli dairələrin təsiri altında qəbul edildiyini vurğulayıb.
Musavat.com






