Rusiya Silahlı Qüvvələri Ukraynanın cənubundakı mühüm liman şəhərlərinə növbəti kütləvi zərbələr endirib.
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Odessada hərbi təyinatlı yüklərin boşaldılması və saxlanması üçün istifadə olunan liman infrastrukturu hədəf alınıb və uğurla vurulub.
Eyni zamanda, İsmayıl şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi əmlak anbarı, həmçinin yanacaq-sürtkü materiallarının qəbulu və saxlanılması obyektlərinə zərbələr endirildiyi bildirilir.
Nikolayev şəhərində isə Ukrayna ordusunun təminatı üçün hərbi yüklər gətirən quru yük gəmisinin limanda boşaldılma prosesi həyata keçirilən zaman birbaşa vurulduğu iddia edilir. Rusiya tərəfi bütün təyin olunmuş hədəflərin dəqiqliklə məhv edildiyini vurğulayıb.
Musavat.com






