İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu, nəhayət ki, Trampla görüşə biləcək - Təsdiqləndi

404 25.07.2026 09:13 Siyasət A A

ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə Vaşinqtona səfər edəcəyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, o, bunu Ağ Ev Müxbirləri Assosiasiyası üçün keçirilən qəbulda deyib: "Netanyahugələn həftə şəhərdə olacaq".

Bundan əvvəl İsrail Baş nazirinin ofisi onun ABŞ-a qarşıdan gələn səfərini açıqlamışdı. Ofisin məlumatına görə, Netanyahu 27 iyul bazar ertəsi günü Amerikaya uçacaq və 28 iyul çərşənbə axşamı günü Ağ Evdə Trampla görüşməlidir.
ABŞ-a səfəri zamanı Netanyahu həmçinin Respublikaçı senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək.

Qeyd edək ki, son vaxtlar ABŞ mediası Trampın Netanyahu ilə görüşdən yayındığına dair məlumatlar yayır. Bildirilir ki, İsrail baş naziri artıq 3-4 həftədir Trampla görüş əldə etməyə çalışsa da, Ağ Ev rəhbəri buna müsbət cavab vermir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR