Hazırkı ABŞ administrasiyası yalnız üçtərəfli silah nəzarəti sazişləri - Rusiya, Çin və ABŞ-ı əhatə edən sazişlər bağlanmasında maraqlıdır.
Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib: "Biz inanırıq ki, əgər 21-ci əsrdə əsl silah nəzarəti sazişi olarsa, bu sazişə Çin də daxil olmalıdır.
Onların mövqeyi ondan ibarətdir ki, onlar strateji nüvə başlıqlarının sayına görə, Rusiya və ABŞ-dan geridə qalırlar. Bu, əhəmiyyətsizdir. Onların, şübhəsiz ki, bu iki ölkəyə çatmaq potensialı var və onlar buna doğru tam sürətlə irəliləyirlər. Prezident Donald Tramp qəti şəkildə inanır ki, 21-ci əsrdə hər hansı bir nüvə sazişinin qanuni olması üçün ona üç ölkə - ABŞ, Çin və Rusiya daxil olmalıdır. Və biz onların (Pekin hakimiyyətinin - red.) buna hazır olub-olmadığını araşdırmağa davam edəcəyik".
O, həmçinin etiraf edib ki, Pekin bu modelə əməl etməkdən imtina edərsə, heç bir razılaşma əldə olunmayacaq: "Onda bizim razılaşmamız olmayacaq. Biz onları məcbur edə bilmərik".
Musavat.com






