İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan çıxılmaz vəziyyətdə – Paşinyan təcili Putinə zəng etdi

850 27.07.2026 21:05 Dünya A A

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, danışıqlar zamanı Ermənistan məhsullarının Rusiyaya ixracına tətbiq edilən məhdudiyyətlər müzakirə olunub.

Paşinyan Avrasiya İqtisadi İttifaqının normalarını nəzərə alaraq, Ermənistandan Rusiyaya məhsul tədarükü ilə bağlı problemin həlli üçün tədbirlər görülməsini Putindən xahiş edib.

Ermənistanın baş naziri, həmçinin Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçimə dair mümkün referendum məsələsinə aydınlıq gətirib. O bildirib ki, referendum İrəvanın Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə rəsmi müraciətindən sonra mümkün ola bilər.

Paşinyan Ermənistan hökumətinin bütün bu məsələləri açıq və dostluq şəraitində dialoq yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.

Kremlin mətbuat xidməti isə telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR