ABŞ-ın 2027-ci il üçün hərbi büdcəsində böyük artım olacaq.
Musavat.com xəbər verir ki, məlumatı prezident Donald Tramp Truth Social hesabında açıqlayıb. O, qərarın ölkənin müdafiə qabiliyyətini gücləndirmək və müasir silahlı qüvvələr yaratmaq məqsədi daşıdığını qeyd edib.
Trampın sözlərinə görə, ölkənin 2027-ci il hərbi büdcəsini 1 trilyon dollardan 1,5 trilyon dollara qaldırmaq qərarına gəlib: "Senatorlar, Nümayəndələr, Katiblər və digər siyasi liderlərlə uzun və çətin danışıqlardan sonra qərara gəldim ki, ölkəmizin rifahı naminə, xüsusən də bu çox qarışıq və təhlükəli dövrlərdə 2027-ci il hərbi büdcəmiz 1 trilyon dollar yox, 1,5 trilyon dollar olmalıdır."
Prezidentin bildirib ki, əlavə vəsait "arzuların ordusu"nu qurmağa və ABŞ-ın hər hansı bir təhdiddən müdafiəsini təmin etməyə imkan verəcək.
Tramp xərclərin artırılmasının milli təhlükəsizliyi gücləndirməyə və Amerikanın qlobal liderliyini qorumağa yönəldiyini vurğulayıb: "Bu, Amerikaya "xəyal ordumuzu" qurmağa və "düşməndən asılı olmayaraq" ABŞ-ın təhlükəsizliyini və təhlükəsizliyini təmin etməyə imkan verəcək."
ABŞ prezidenti qeyd edib ki, büdcə artımı digər ölkələrə tətbiq edilən tariflər və onların yaratdığı yüksək gəlirlər sayəsində mümkün olub.
Musavat.com






