Qətərin “Əl-Cəzirə” kanalı Misir, Türkiyə, Qətər və digər ölkələrin vasitəçiliyi ilə ABŞ və İran arasında təklif olunan razılaşma çərçivəsini yayıb.
Musavat.com xəbər verir ki, çərçivədə əsas şərtlər belədir:
İran üç il ərzində uranı zənginləşdirməyəcək, sonrakı dövrdə zənginləşdirmə 1,5%-dən aşağı səviyyədə məhdudlaşdırılacaq;
İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları üçüncü ölkəyə təhvil veriləcək;
İran regional proksi qüvvələrinə silah və hərbi texnologiya verməməyə razıdır;
İran zərbələr üçün ballistik raketlərdən istifadə etməyəcək;
Sazişə ABŞ və İran arasında təcavüzkarlığa qarşı pakt daxildir.
Məlumatda bildirilir ki, ABŞ İrandan təkcə nüvə proqramını dayandırmasını, raket atışlarının məsafəsini məhdudlaşdırmasını, İsraili təhdid etməyi dayandırmasını və son həbslərə qarşı təzyiqləri azaltmasını deyil, həm də Çinlə enerji əlaqələrini kəsməsini və regional proksi qüvvələrdən uzaqlaşmasını istəyir.
İndiyə qədər nə İran, nə də ABŞ nəşrin dərc etdiyi məlumatı rəsmi olaraq təsdiqləməyib.
Qeyd edək ki, danışıqların ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İran xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə Omanda keçirilməsi gözlənilir.
Musavat.com






