İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran razılaşması BUNA GÖRƏ GECİKİB: Detallar ilk dəfə AÇIQLANDI - VİDEO

519 17.06.2026 15:02 Dünya A A

Dünən ABŞ-nin vitse-prezidenti C.D. Vens İranla bağlı memorandumun dərc olunmasında gecikməyə aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

O bildirib ki, sənədin mətni hazırda danışıqlarda iştirak edən vasitəçilərin xahişi ilə ictimaiyyətə açıqlanmır.

Vensin sözlərinə görə, Pakistan və Qətər nümayəndələri sənədin mərhələli şəkildə və ehtiyatla təqdim olunmasını tövsiyə ediblər.

O əlavə edib ki, proses zamanı “ərəb və müsəlman dünyasında həssas məsələlər” nəzərə alınır və buna görə də açıqlamalar ehtiyatla verilir.

Vens Səudiyyə Ərəbistanı ilə bağlı fikirlər səsləndirərək, ölkənin son illərdə ciddi dəyişikliklər etdiyini və ABŞ-nin yaxın tərəfdaşına çevrildiyini bildirib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR