İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ - İran yaxınlaşmasına İsrail imkan vermir: Vaşinqton–Təl-Əviv xəttində ziddiyyətlər dərinləşir

701 09.04.2026 17:22 Dünya A A

Amerikada yaşayan tanınmış diaspora fəalı və jurnalist Zaur Bayramlı ABŞ-İsrail-İran müharibəsi, daha doğrusu atəşkəsi ilə bağlı fikirlərini paylaşıb.



Musavat.com xəbər verir ki, fikirlər maraqlı olduğu üçün Zaur Bayramlının bu yazısını olduğu kimi dərc edirik.

Amerika ilə İran hətta atəşkəs məsələsində razılığa gəlsələr belə, İsrail provokasiyalarla prosesi sabotaj edərək, onun sülhə qədər getməsinə əngəl olmağa çalışacaq. Çünki İsrailin məqsədi fars-molla rejimini birdəfəlik bitirərək, İranı özündən asılı vəziyyətə gətirməkdir. Əks halda, İran İsrailin varlığı üçün getdikcə güclənən təhdidə çevriləcək.

ABŞ+İsrail – İran müharibəsi barədə 10 qeyd – Qafsam

Zatən əməliyyatın ilk günlərindən sabotaj açıq şəkildə ortadadır — Amerikanın İran rejiminin daxilində anlaşmaq istədiyi neçə namizədin İsrail tərəfindən aradan götürülməsi hətta Tramp tərəfindən belə dilə gətirilən həqiqətdir.

Görünən budur ki, Tramp, hər nə qədər üstünlük Amerika-İsrail cütlüyünün tərəfində olsa belə, tam qələbə sayılmayan indiki durumu “qələbə” adlandıraraq, vəziyyətdən çıxmaq, yəni savaşı dayandırmaq istəyir. Lakin əməliyyata bərabər girdiyi ortağının israrları nəticəsində bu günə qədər gəlməyə məcbur oldu.

todaypress.tv | ABŞ və İsraildən İrana MESAJ: “Bu, sadəcə TƏLİM deyil!”

Hələ bu əməliyyatın ilk günlərində demişdim ki, əməliyyat uzandıqca Amerika ilə İsrail, daha çox da Tramp ilə Netanyahu arasında ziddiyyətlər ortaya çıxacaq və getdikcə dərinləşəcək.

Açıq danışmaq lazımdırsa, hər nə qədər təhlükəli olsa belə, bizim maraqlarımıza İsrailin mövqeyi daha uyğundur. Belə ki, savaş indiki halı ilə bitərsə, İran rejimi hər nə qədər 40 gündə belə dəfn edə bilmədiyi ali liderini və bir qəbiristanlığı dolduracaq qədər generalını itirsə də, indiki durumu “qələbə” sayaraq və elan edərək, bundan sonrakı dönəmdə Azərbaycan və Türkiyə başda olmaqla region ölkələrinə, eyni zamanda körfəz ölkələrinə təhdidlər yağdırmağa başlayacaq və mümkün qədər problemlər yaratmağa çalışacaq.

ABŞ, İsrail və İran arasında müharibə nə vaxt bitəcək? - EKSPERT RƏYLƏRİ

Amma bu da var ki, əməliyyatın uzanması və getdikcə ayağını-başını toparlamaq çətinləşən müharibəyə çevrilməsi bütövlükdə bəşəriyyətin ziyanına olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR