İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranı bombaladığı təyyarələrdən çox sayda sifariş edib

613 12.11.2025 01:12 Hadisə A A

ABŞ hökuməti iyun ayında İranın nüvə obyektlərinə zərbələrdə istifadə etdiyi B-2 strateji bombardmançı təyyarələrdən bir dəstə sifariş edib.  

Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Veteranlar Günü münasibətilə Vaşinqton yaxınlığındakı Arlington qəbiristanlığında çıxışı zamanı açıqlayıb.

O, həmin təyyarələrin "İranın nüvə potensialını dərhal və tamamilə məhv etdiyinə" əmin olduğunu bildirib. Trampın sözlərinə görə, Vaşinqton administrasiyası "yenilənmiş versiyada" bu təyyarələrdən daha çox sifariş verib. ABŞ prezidenti bu bombardmançı təyyarələrin "sənət əsəri" olduğunu vurğulayıb.

Tramp oktyabr ayında ABŞ-ın bu təyyarələrdən 28-ni sifariş etdiyini açıqlamışdı.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR