İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya kölgə donanmasına məxsus daha bir tankeri ələ keçirib

979 21.01.2026 09:02 Dünya A A

ABŞ Venesuela neftinə qarşı sanksiya çərçivəsində daha bir kölgə donanma üzvünü - Sagitta tankerini ələ keçirib.

Musavat.com  ABŞ Cənub Komandanlığının yaydığı məlumata istinadən xəbər verir ki, tankeri 20 yanvarda ABŞ Silahlı Qüvvələri Daxili Təhlükəsizlik Nazirliyi ilə birlikdə saxlayıb: “ABŞ Prezidenti Donald Trampın Karib dənizində sanksiyalı gəmilərə qarşı karantin tətbiq etməsini pozaraq fəaliyyət göstərən daha bir tankerin saxlanılması, Venesueladan neftin yalnız qanuni yolla və Vaşinqtonla müvafiq koordinasiya ilə ixrac edilməsini təmin etmək öhdəliyimizi nümayiş etdirir".

Sagitta ABŞ hakimiyyəti tərəfindən ələ keçirilən yeddinci tanker olub. "War Sanction " veb saytında bildirilir ki, ABŞ tərəfindən ələ keçirilən Sagitta neft tankeri Rusiya tankerlərinin kölgə donanmasının bir hissəsidir və Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, AB, İsveçrə, Avstraliya və Yeni Zelandiyanın sanksiya siyahısındadır. Gəmi haqqında məlumatda deyilir ki, "G7+ embarqosu və Rusiya neft və neft məhsullarına tətbiq edilən qiymət limitləri siyasəti zamanı tanker Rusiya neft və neft məhsullarının Baltik dənizi və Sakit okean bölgəsindəki Rusiya limanlarından, əsasən Çin və Hindistana ixracında iştirak edir. Tanker AIS siqnalını söndürmək, dənizdə "qaranlıq fəaliyyətlər"lə məşğul olmaq praktikasında iştirak edir".

Veb saytda həmçinin qeyd olunur ki, beynəlxalq QHT Greenpeace tankeri Rusiya neftini dünyaya daşıyan və ətraf mühiti təhdid edən kölgə tanker donanmasının bir hissəsi kimi təsnif edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR