İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukrayna üzrə danışıqlarda Avropanı qapı dalında qoyur

544 29.11.2025 15:46 Dünya A A

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti Donald Tramp administrasiyasının nümayəndələri ilə sülh planı üzrə danışıqlar aparmaq üçün ABŞ-a səfər edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Floridada Kiyev nümayəndələri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşəcəklər. Ukrayna xarici işlər nazirinin müavini Sergey Kıslıtsya Umerovu müşayiət edəcək.

“Bloomberq”in məlumatlı mənbəyə istinadən verdiyi xəbərə görə, tərəflər Cenevrə danışıqlarından sonra 28-ci bənddən 22-ci bəndə endirilən yenilənmiş sülh planını müzakirə etməyə diqqət yetirəcəklər. Donald Tramp əvvəllər bu dəyişikliklərdən bəhs etmişdi.

Qeyd olunur ki, Avropa dövlətləri sazişin əksər müddəalarının hazırlanmasında iştirak etmirlər. Onlar yalnız birbaşa iştiraklarını tələb edən ikitərəfli məsləhətləşmələrə - məsələn, ABŞ ilə birgə təhlükəsizlik zəmanəti mexanizmlərinin hazırlanmasına daxil ediliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR