İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətini sülh sazişindən sonra müzakirə etmək istəyir

607 27.11.2025 09:03 Siyasət A A

ABŞ Kiyevə hər hansı təhlükəsizlik zəmanəti verməzdən əvvəl Ukrayna böhranının həlli üzrə sülh sazişinin imzalanmasını tələb edir.

Musavat.com xəbər verir ki, məlumatə "Politico" mənbələrə istinadən yayıb. Bildirilir ki, bu şərti ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarlarına çatdırıb.

Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Tramp saziş imzalandıqdan sonra bu məsələləri müzakirə etməyə hazır olacaq.

"Politico"nun mənbələrinə görə, Rubio həmçinin razılaşma bağlandıqdan sonra Ukraynanın ərazi bütövlüyü və xaricdəki dondurulmuş Rusiya aktivlərinin taleyi də daxil olmaqla digər məsələlərin müzakirəsini təklif edib. Bundan əlavə, dövlət katibi qeyd edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi və Ukraynaya hərbi yardım göstərdiyi üçün ABŞ danışıqlar prosesində qərəzsiz vasitəçi kimi qəbul edilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR