İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrikalı hakimin DÇ-2026-ya buraxılmamasının səbəbi bilindi

625 12.06.2026 15:19 İdman A A

ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin 2026-cı il futbol üzrə dünya çempionatı ilə bağlı verilən qərarlara münasibət bildirib.

Turnirdə matçları idarə etməli olan somalili hakim Ömər Əbdülkadir Artanın ABŞ-yə buraxılmaması geniş müzakirələrə səbəb olub. Rəsmi qurumların qərarına əsas səbəb kimi onun təhlükəsizlik baxımından şübhəli şəxslərlə əlaqədə ola biləcəyi ehtimalı göstərilib.

Markveyn Mullin açıqlamasında ölkəyə giriş qaydalarının ciddi şəkildə tətbiq olunduğunu vurğulayıb və təhlükəsizlik məsələlərinin prioritet olduğunu bildirib. O qeyd edib ki, cinayətkar qruplarla əlaqəsi ola biləcək şəxslərə heç bir halda giriş icazəsi verilməyəcək.

Nazir həmçinin bu qərarın siyasi və ya qərəzli yanaşma ilə əlaqələndirilməsini qəbul etmədiklərini bildirib.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq və turnir iyulun 19-dək davam edəcək./milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR