İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev “saxtakar media” siyahısı hazırladı – Trampın tənqidçiləri təqib olunur

866 29.11.2025 11:43 Dünya A A

Ağ Ev rəsmi saytında “Saxtakarların şərəf zalı” adlı səhifə açıb və burada bir sıra media qurumları adları ilə göstərilib. Siyahıda "Washington Post" qəzeti, eləcə də CBS News, CNN və MSNBC telekanalları yer alır.

Musavat.com xəbər verir ki, səhifədə ayrıca “Dərinliyə yarış” bölməsi mövcuddur və burada "Washington Post" liderlik edir.

“Bu həftənin media cinayətkarı” kateqoriyasında CBS News, ABŞ qəzeti Boston Globe və Böyük Britaniyanın "Independent" qəzeti göstərilib. Ağ Ev-in məlumatına görə, bu media qurumları Prezident Donald Trampın demokratlara qarşı məsuliyyət çağırışlarını təhrif və şişirdirlər.

Bundan əlavə, Ağ Ev saxta və yanıltıcı jurnalistlərin siyahısını da hazırlayıb. Siyahıda "Wall Street Journal", "New York Times", ABC News, CNN, "Axios", Böyük Britaniya BBC, "Associated Press", "Politico" və digər media orqanlarının nümayəndələri yer alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR