İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin aparat rəhbəri: Trampın “alkoqolik xarakteri” var

407 18.12.2025 01:36 Dünya A A

Musavat.com xəbər verir ki, Vanity Fair jurnalı Ağ Evin aparat rəhbəri Syüzi Uaylsla geniş müsahibə dərc edib. Bir il ərzində aparılan söhbətlərdə Uayls Donald Trampla münasibətləri və onun davranış xüsusiyyətləri barədə diqqətçəkən açıqlamalar verib.

Uayls bildirib ki, Trampla 2015-ci ildə, onun ilk dəfə prezidentliyə namizədliyini irəli sürdüyü vaxt tanış olub və seçki qərargahında işləməyə dəvət alıb. Onun sözlərinə görə, 2016-cı ildə zəif sorğu nəticələrindən sonra Tramp komanda üzvlərinin yanında onu sərt şəkildə tənqid edib.

“Onu o vaxtdan sonra bir daha bu qədər əsəbi görməmişəm”, – deyə Uayls xatırlayıb.

Müsahibədə ən böyük rezonans doğuran məqam isə Uaylsın Trampı “alkoqolik xarakterə” malik insanla müqayisə etməsi olub. O bildirib ki, atası alkoqolik olub və bu tip davranışları yaxşı tanıyır. Onun sözlərinə görə, alkoqoliklərdə müəyyən xüsusiyyətlər həddindən artıq şişirdilmiş formada üzə çıxır.

Uayls Trampın düşüncə tərzini belə xarakterizə edib: “Onun yanaşması budur ki, edə bilməyəcəyi heç nə yoxdur. Sıfır. Tamamilə heç nə”. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR