Macarıstan, Çexiya və Slovakiya 2026–2027-ci illər üçün nəzərdə tutulan Ukraynaya 90 milyard avro həcmində, 0 faizli Avropa maliyyələşdirməsində iştirakdan imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə Aİ sammitinin yekun bəyanatında məlumat yer alıb.
Məlumata görə, söhbət Ukraynanın büdcə və bərpa ehtiyaclarının qarşılanması məqsədilə planlaşdırılan iri həcmli maliyyə mexanizmindən gedir. Lakin adıçəkilən üç ölkə bu təşəbbüsə qoşulmaq istəmədiyini açıq şəkildə bildirib.
Bu qərar Avropa İttifaqı daxilində Ukraynaya dəstək məsələsində fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Analitiklərin fikrincə, xüsusilə Budapeşt, Praqa və Bratislavanın mövqeyi Brüsselin vahid maliyyə və siyasi xətt formalaşdırmaq cəhdlərini çətinləşdirir.
Ekspertlər vurğulayırlar ki, 0 faizli kreditlərdən imtina Ukraynanın uzunmüddətli maliyyələşdirilməsi planlarına ciddi təsir göstərə və Aİ daxilində geosiyasi prioritetlər ətrafında gərginliyi daha da artıra bilər.
Musavat.com






