İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya futbol üzrə Dünya Çempionatını boykot edə bilər

1029 17.01.2026 09:50 Dünya A A

Almaniyanın hakim elitası 2026-cı il Dünya Kubokunu boykot etməyi düşünür.

Musavat.com xəbər verir ki, məlumatı Die Welt yayıb. Bildirilir ki, bu addım ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ilhaq etmək qərarına gələrsə atılacaq. CDU/CSU parlament qrupunun xarici siyasət sözçüsü Yurgen Hardt Hardt bildirib ki, "Turnirdə iştirakın ləğvi yalnız Prezident Trampı Qrenlandiya məsələsində ağlını başına gətirmək üçün son çarə kimi nəzərdən keçiriləcək".

Eyni zamanda, o, NATO-nun "Qrenlandiya məsələsi ilə bağlı" təhlükəsizlik məsələləri üzrə qarşılıqlı anlaşmaya çatacağına əminliyini ifadə edib.

Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın 16 şəhərində keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR