13- 14 iyun tarixlərində Şamaxıda keçirilən 2-ci Beynəlxalq Barbekü Festivalında ölkənin aparıcı özəl tibb müəssisələrindən olan Baku Medical Plaza tədbirin rəsmi tibbi tərəfdaşı seçilib.
Musavat.com xəbər verir ki, minlərlə ziyarətçinin qatılacağı festival müddətində Baku Medical Plaza Klinikalar şəbəkəsi tərəfindən əraziyə təcili tibbi yardım briqadaları, ambulans xidməti və tibbi dəstək komandaları cəlb edilib.
Tədbir iştirakçılarının sağlamlığının və tibbi təhlükəsizliyinin təmin olunması məqsədilə festival müddətində fasiləsiz peşəkar xidmət göstəriləcək.
Müasir tibbi həllərin tətbiqinə üstünlük verən, yüksək ixtisaslı həkim heyəti və ən son texnologiyalara əsaslanan müasir avadanlıqları ilə aparıcı tibb müəssisələrindən sayılan Baku Medical Plaza ölkədə keçirilən irimiqyaslı mədəni, idman və ictimai tədbirlərinə dəstəyini hər zaman sərgiləyir. Şamaxı Barbekü Festivalında iştirak da bu missiyanın bir hissəsidir.
Baku Medikal Plaza- Sağlamlığa Doğan Günəş.






