İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalıların "Qara cümə" xərcləmələri açıqlandı: Yeni rekord

725 02.12.2025 00:09 İqtisadiyyat A A

Bu ilki "Qara cümə" günü amerikalıların ümumi onlayn alış-verişi illik müqayisədə 9,1 faiz artaraq 11,8 milyard dollara çatıb.

Musavat.com xəbər verir ki, məlumatı Adobe Analytics şirkəti öz hesablamalarına əsasən açıqlayıb. Şirkət bildirir ki, builki göstərici pərakəndə satış şirkətlərinin ənənəvi olaraq əhəmiyyətli endirimlər təklif etdiyi bu gündə onlayn satışlar üçün yeni bir rekorddur.

Hesabatda qeyd olunur ki, alıcılar mağazalar arasında qiymətləri müqayisə etməyə imkan verən süni intellekt xidmətlərindən getdikcə daha çox istifadə edirlər. Bunlara Walmart-ın Sparky və Amazon-un Rufus xidmətləri daxildir.

LEGO dəstləri, Pokémon kartları, Nintendo Switch və PlayStation 5 oyun konsolları, AirPods və KitchenAid mikserləri daxil olmaqla oyuncaqlar amerikalılar arasında xüsusilə populyar olub.

Adobe-un proqnozuna görə, bu gün başlayan və xüsusi olaraq onlayn satış günü kimi hazırlanmış Kiber Bazar ertəsi günü istehlakçı xərcləri illik müqayisədə 6,3 faiz artaraq 14,2 milyard dollara çata bilər. Ən böyük endirimlərin – 30 faizə qədər - elektronikaya, eləcə də geyim və kompüterlərə şamil ediləcəyi gözlənilir.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR