İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz Musayevin bıçaqlanması ilə bağlı həbs edilən federasiya prezidenti təcridxanadan buraxıldı

1128 19.11.2025 12:05 Ölkə A A

Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muaytay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar.

Musavat.com xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, dünən Türkiyənin Antalya şəhərində keçirilən altı saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs edilmişdilər.

Fotoda Azər Həsənsoy

Araz Musayevin bıçaqlanması hadisəsi ilə bağlı həbs edilən federasiya prezidenti təcridxanadan buraxıldı - ÖZƏL

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR