İnsanlara hürriyət, millətlərə istiqlal!

Arşak Xaçatryan yayılan “intim video qalmaqalı ilə bağlı cavab verdi

888 27.11.2025 16:57 Siyasət A A

Ermənistan Apostol Kilsəsinin (AAK) Birinci Taxt-Tacı Eçmiədzin kargüzarlığının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan media məkanında dolaşan yeni “sənəd” barədə mövqeyini bir daha açıqlayıb.

Musavat.com xəbər verir ki, o, yayılan kağızı AAK-ə qarşı aparılan kampaniyanın növbəti mərhələsi adlandırıb və bildirib ki, hər hansı rəy yalnız din xadimləri öz imzalarını rəsmi qaydada təsdiqlədikdən sonra verilə bilər.

Arxiyepiskop vurğulayıb ki, bütün ermənilərin katolikosu Milli Kilsə Yığıncağı tərəfindən seçilib və bu seçimin legitimliyi müzakirə mövzusu deyil.

İctimai mənbələrdə yayılan məlumata görə, sözügedən “sənəd” bir qrup din xadimi tərəfindən imzalanıb və Arşak Xaçatryanın ətrafında yaranmış “intim video qalmaqalı” ilə birbaşa əlaqələndirilir.

Söhbət mediada “skandal video” kimi yayılan, arxiyepiskopun iştirak etdiyi intim xarakterli görüntüdən gedir. Erməni KİV-lərində deyilənə görə, bəzi mənbələr bu videonun “ekspertiza tərəfindən təsdiqləndiyini” bildirir edir.

Arşak Xaçatryan və onun hüquqşünası video barədə tam əks mövqe ortaya qoyub:

Videonun saxta və montaj edilmiş ola biləcəyini bildiriblər. Arxiyepiskopun sözlərinə görə, o, heç bir ekspertiza prosesindən xəbərdar deyil və video ilə bağlı irəli sürülən iddiaların siyasi və ya dini təzyiq məqsədi daşıdıdığını bildirir.

Arxiyepiskop həmçinin özünə qarşı səslənən ittihamları rədd edərək bildirib ki, onu kilsədən kənarlaşdırmaq üçün heç bir hüquqi və kanonik əsas mövcud deyil.

O, baş verənlərin AAK-a qarşı daha geniş kampaniyanın bir hissəsi olduğunu vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR