REAL TV-də aparıcı Elcan Məmmədovun təqdimatında yayımlanan verilişin bugünkü buraxılışı regionun ən aktual mövzularından birinə həsr olunub.
Musavat.com xəbər verir ki, studiyanın qonaqları “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, millət vəkili Rizvan Nəbiyev və Politoloq Sahil İsgəndərov ATƏT-in Minsk Qrupunun formal olaraq ləğv edilməsi, bunun Cənubi Qafqazda siyasi balanslara təsiri və prosesin gələcək inkişaf perspektivlərini şərh edir.
Verilişdə sülh gündəliyi və Azərbaycanın regional təşəbbüsləri də müzakirə olunur.
Sözügedən verilişi canlı olaraq təqdim edirik:
Musavat.com






