İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı çətin günlər gözləyir: Britaniya ən gizli hərbi texnologiyasını rəsmən Ukraynaya verir

826 27.07.2026 09:40 Dünya A A

Ukrayna cəbhəsində hərbi-texnoloji üstünlüyü ələ keçirmək üçün Qərb tərəfdaşları tərəfindən misli görünməmiş bir addım atılır.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Endi Bernemin dəftərxanası Londonun yeni nəsil "Stone Cloak" radioelektron mübarizə (REM) sisteminə aid bütün əqli mülkiyyət hüquqlarını rəsmi şəkildə Ukraynaya ötürməyi planlaşdırdığını elan edib.

Hüquqların tam şəkildə təhvil verilməsi mərasimi iyulun 27-də Britaniyanın hərbi-dəniz bazasında baş tutacaq.

Bu məqsədlə Ukrayna lideri Volodimir Zelenski Baş nazir Bernem ilə kritik görüş keçirmək üçün artıq sözügedən hərbi bazaya gəlib.

Britaniya hökumətinin bəyanatında xüsusi vurğulanır ki, bu strateji və görünməmiş addım Ukraynaya sözügedən unikal hərbi texnologiyanın yerli müəssisələrdə, sənaye miqyasında kütləvi istehsalını qısa müddətdə təşkil etməyə imkan verəcək və Rusiya ordusunun havada, eləcə də rabitə sahəsindəki imkanlarına sarsıdıcı zərbə vuracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR