İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə daxili savaş pik həddə: Zelenski Baş komandanla nazirliyin qarşıdurmasını rəsmən etiraf etdi

834 27.07.2026 11:05 Dünya A A

Ukraynada cəbhədəki ağır vəziyyət fonunda hərbi rəhbərlik ilə siyasi-inzibati idarəçilik arasında aylardır gizlədilən ciddi qarşıdurma rəsmən üzə çıxıb.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Sky News" telekanalına verdiyi sensasion müsahibədə ordunun Baş komandanı Oleksandr Sırski ilə Müdafiə Nazirliyi (Rüstəm Umerov və rəqəmsal transformasiya naziri Mixail Fyodorovun rəhbərlik etdiyi hərbi-texnoloji strukturlar nəzərdə tutulur) arasında aylarla davam edən ciddi ixtilafların və fikir ayrılıqlarının mövcud olduğunu bəyan edib.

Dövlət başçısı bu daxili çəkişmələrin effektiv hərbi idarəetməyə çox ciddi maneələr törətdiyini açıq şəkildə etiraf edib. Zelenski yaxın vaxtlarda Rusiya ordusunun şəxsi heyətinin daha 500 min nəfər artırıla biləcəyi barədə kəşfiyyat məlumatlarına sahib olduqlarını bildirərək, bu böyük təhlükəyə qarşı Ukraynada yeni mobilizasiya yanaşmasının tətbiq edilməsinin və hərbi komandanlıqla müdafiə qurumu arasında tam koordinasiyanın qurulmasının həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkədəki ballistik raketlərə qarşı hava hücumundan müdafiə (HHM) sistemlərinin kəskin çatışmazlığına da diqqət çəkən Ukrayna lideri müxtəlif dövlət və hərbi strukturlar arasındakı daxili intriqaları və çəkişmələri araşdırmağa artıq vaxtının olmadığını bildirib.

Zelenski ordu rəhbərliyinə və Müdafiə Nazirliyinə sərt ultimatum verərək, Ukrayna səması tamamilə və etibarlı şəkildə qorunana qədər tərəflərin "hər gün yox, hər saat" sıx qarşılıqlı əlaqədə işləməli olduqlarını qətiyyətlə tələb edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR