İnsanlara hürriyət, millətlərə istiqlal!

Novruz Məmmədov xaricə gedir? - AÇIQLAMA

3034 27.07.2026 13:54 Ölkə A A

“Ölkədəyəm, hələ xaricə getməmişəm. Elə indi kitabların arasında oturmuşam, oxuyaram, yazıram, yazdıqlarımı bir də araşdırıram”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov bildirib.

O qeyd edib ki, kitabsız, mütaliəsiz mümkün deyil:

“Elmi, siyasi kitablar var, onları oxuyuram, bu, olmasa, darıxaram, yaşaya bilmərəm. O qədər çox kitab var ki… Kitablarıma yenidən “əl gəzdirirəm. Bəzi məlumatları yeniləyirəm. “Geosiyasətə giriş” adlı kitabım var. Uzun illər onun üzərində işləmişəm. O kitabı müəyyən təşkilatlara təqdim etmişəm. Ali məktəblər üçün dərs vəsaitidir. Onlar da bundan istifadə edirlər".

N.Məmmədov qeyd edib ki, Azərbaycanda belə bir əsəri hər adam yazmır. Dediyinə görə, böyük kitabdır, ondan alimlər, professorlar, tədqiqatçılar istifadə edirlər:

"Vacib kitabdır. Siyasətlə məşul olan adamlar onu masaüstü kitab kimi istifadə edirlər. Oxuyur, araşdırırlar. Bu kitab uzun illər vaxtımı alıb. Kim bu sahə ilə maraqlanırsa, istifadə edə bilər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR