İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya Rusiya diplomatının ölkədən çıxarıldığını elan etdi

205 27.07.2026 19:55 Son xəbər A A

Rumıniya hərbi hava qüvvələri üç gün ərzində Rumıniya hava məkanında üç pilotsuz uçuş aparatını (PUA) vurduqdan sonra bir rus diplomatını ölkədən çıxarır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Buxarest bu pilotsuz təyyarələrin Rusiyaya məxsus olduğunu iddia edir. Rumıniya Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Rusiya səfiri Vladimir Lipayev "24-26 iyul 2026-cı il tarixləri arasında Rumıniya ordusunun icazəsiz Rumıniya ərazisinə daxil olan üç pilotsuz təyyarəni vurması ilə Rumıniya hava məkanının təkrar pozulması" ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik missiyanın rəhbəri Rumıniya tərəfindən "qəti etiraz" alıb. Ona həmçinin verbal nota verilib və ona görə də Rusiya diplomatlarından biri beş gün ərzində respublikanı tərk etməlidir. Bundan əlavə, Rumıniya səfiri məsləhətləşmələr üçün Moskvadan Buxarestə geri çağırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR