İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbuldakı yeni konsulumuz kimdir? - DOSYE

897 27.07.2026 14:02 Siyasət A A

Xəbər verildiyi kimi, Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Musavat.com diplomatın dosyesini təqdim edir.

Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavrını, 2002-ci ildə magistraturasını bitirib. Diplomatik fəaliyyətə 2001-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi kimi başlayıb.

WhatsApp Image 2026-07-27 at 13.47.19.jpeg (160 KB)

2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi;

2008-2011-ci illərdə Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi;

2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru;

2017-2020-ci illərdə Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin birinci katibi, şöbə müdiri;

2020-2021-ci illərdə Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini;

2021-2024-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini olub.

Son təyinata qədər Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu kimi fəaliyyət göstərib. 

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR