İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu 7 ölkə ilə bağlı ŞOK MƏLUMAT - Təcili xəbərdarlıq edildi

522 27.07.2026 14:17 Dünya A A

Avropa İttifaqına üzv yeddi ölkə sərhəd bölgələrində turizmin ciddi geriləməsi ilə bağlı Avropa Komissiyasına birgə müraciət edib. Latviya, Bolqarıstan, Estoniya, Litva, Polşa, Rumıniya və Slovakiya geosiyasi gərginlik və təhlükəsizlik narahatlıqları səbəbindən turist sayının sürətlə azaldığını bildirərək, turizm sektorunun dəstəklənməsi üçün təcili tədbirlərin görülməsini istəyiblər.

Musavat.com xəbər verir ki, birgə məktubda qeyd olunur ki, turist sayındakı azalma xüsusilə sərhəd bölgələrində fəaliyyət göstərən hotellər, restoranlar və digər turizm obyektlərinə ciddi iqtisadi zərbə vurub. Ölkələr regional iqtisadiyyatın canlandırılması məqsədilə Avropa Komissiyasından əlavə maliyyə dəstəyi və yeni təşviq mexanizmlərinin hazırlanmasını tələb ediblər.

Məlumata görə, Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin pisləşməsindən sonra bir sıra Şərqi Avropa ölkələri Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirib. Bu dəyişiklik əvvəllər əsasən rus turistlərdən asılı olan turizm istiqamətlərində ziyarətçi sayının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.

Bununla yanaşı, Cənubi Avropada son illərdə müşahidə olunan güclü isti hava dalğalarının da turistlərin seçimlərinə təsir etdiyi bildirilir. Daha mülayim iqlimə üstünlük verən səyahətçilərin Baltik ölkələri və Şimali Avropa istiqamətlərini alternativ istirahət məkanı kimi seçməyə başladıqları qeyd olunur.

Yeddi ölkə hesab edir ki, mövcud vəziyyət yalnız turizm sektoruna deyil, sərhəd bölgələrinin ümumi iqtisadi inkişafına da mənfi təsir göstərir. Bu səbəbdən onlar Avropa Komissiyasını bölgələr üçün xüsusi dəstək proqramları hazırlamağa və turizm sənayesinin bərpasına yönəlmiş təxirəsalınmaz addımlar atmağa çağırıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR