İnsanlara hürriyət, millətlərə istiqlal!

Televiziya məkanının çox danışılan sualları “Media Masası”nda - VİDEO

396 27.07.2026 12:28 Media A A

Media məkanında maraqla qarşılanan “Real TV”nin yeni layihəsi “Media Masası”nın növbəti buraxılışı efirə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu dəfə verilişin qonaqları “Space TV”nin baş direktoru Ayaz Mustafayev və “Baku TV”nin direktoru Ramin Cəfərovdur.

Verilişdə son günlər “Space TV” ilə bağlı media gündəmində müzakirə olunan məqamlara, kanalın yeni mərhələsinə və gələcək planlarına aydınlıq gətiriləcək.

Eyni zamanda, “Baku TV”nin digital media modeli, platformalarda böyümə təcrübəsi, baxış sayı, etibar və rəqəmsal auditoriya ilə işləmə prinsipləri də müzakirə olunacaq.

Televiziya məkanında çox danışılan, amma hər zaman açıq cavablandırılmayan suallar bu dəfə “Media Masası”nda səslənəcək.

“Media Masası”nın növbəti buraxılışı 29 iyul saat 21:00-da “Real TV”də yayımlanacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR