İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ABŞ-a meydan oxudu: Kiyev üçün daha sərfəli SÜLH PLANI hazırlanır

755 21.11.2025 11:20 Dünya A A

“Wall Street Journal” yazır ki, Avropa İttifaqının bir sıra liderləri ABŞ-ın Ukrayna üzrə təklif etdiyi sülh planına cavab olaraq Kiyev üçün daha sərfəli və daha yumşaq şərtlərdən ibarət yeni plan üzərində işləyirlər.

Musavat.com xəbər verir ki, qəzetə görə, Avropa ölkələrinin məqsədi Ukraynanın maraqlarını daha yaxından nəzərə alan, həm təhlükəsizlik zəmanətlərini, həm də danışıqlar formatını Kiyevin istəyinə uyğunlaşdıran alternativ təqdim etməkdir.

Bununla belə, WSJ vurğulayır ki, Kiyev hələlik bu Avropa planında iştirak etməyə razılıq verməyib. Ukrayna rəhbərliyi həm Vaşinqtonun, həm də Brüsselin təkliflərini öyrənir və şərtlər üzərində öz düzəlişlərini tələb edir.

Müşahidəçilər qeyd edirlər ki, iki paralel sülh planı — ABŞ və Avropanın — Qərb blokunun Ukrayna məsələsində taktiki fərqliliyini göstərir. Brüssel daha yumşaq, Kiyevə münasibətdə daha elastik yanaşma təklif edir, Vaşinqton isə daha sərt və sürətli kompromis axtarır.

Hazırda Kiyevin cavabı həm ABŞ, həm də Avropa üçün həlledici əhəmiyyət daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR