İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa məhkəməsinə Bakıdan sərt etiraz: "Üç min azərbaycanlının ailəsi iddia qaldırsın?"

898 19.06.2026 13:54 Siyasət A A

İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni hərbçinin ailə üzvlərinin şikayətləri ilə bağlı qərar verib. Belə ki, məhkəmənin qərarına əsasən, Azərbaycan aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat ödəməlidir.

Azərbaycan tərəfi bu qərarı qəbul etməyərək bildirir ki, hadisələrin baş verdiyi ərazilər həmin dövrdə Ermənistanın işğalı altında olub və buna görə də Azərbaycanın nə istintaq aparmaq, nə də real nəzarət imkanları mövcud olub.

Şuşa Bəyannaməsi Türk dünyasının inteqrasiyasının strateji əsasını  formalaşdırıb - Qulamhüseyn Əlibəyli | Hafta.az

Politoloq, hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a deyib ki, müharibə dövründə baş verənlərə görə kompensasiyanın təyin edilməsi düzgün deyil. Əslində, bu, qeyri-qanuni və hüquqa ziddir. Çünki müharibədə tərəflər bir-biri ilə qarşı-qarşıya gəlir, döyüşür və itkilər verir.

"O cümlədən həmin müharibədə Azərbaycanın üç minə yaxın əsgəri həlak olub. Onların ailələri də qarşı tərəfə qarşı iddia qaldıraraq kompensasiya tələb edə bilirlər. Lakin bunun hansı əsaslarla irəli sürüldüyünü demək çətindir. Azərbaycanla bağlı bir məqam var ki, hələ o vaxt Avropa İnsan Hüquqları Konvensiyasına qoşularkən və Avropa İnsan Hüquqları Məhkəməsinin statusu təsdiqlənərkən bildirilmişdi ki, Ermənistanın işğal etdiyi ərazilərdə baş verən hadisələrə görə Azərbaycan tərəfi məsuliyyət daşımır. Çünki Azərbaycan həmin ərazilərə nəzarət etmirdi və orada baş verən hadisələr Azərbaycanın yurisdiksiyasına daxil olmurdu. Bu nöqteyi-nəzərdən Azərbaycanın işğal olunmuş ərazilərində öldürülən erməni əsgərlərinə görə məsuliyyət Ermənistanın üzərinə düşməlidir. Çünki həmin dövrdə ərazilərə Ermənistan nəzarət edirdi və hərbi əməliyyatlar da əsasən onların nəzarətində olan yüksəkliklərdə həyata keçirilirdi. Azərbaycan tərəfi isə sadəcə müdafiə döyüşləri aparırdı.

Yəni demək istəyirəm ki, bu, təkcə Azərbaycan üçün deyil, gələcəkdə münaqişə zonalarında baş verən hadisələr baxımından da çox təhlükəli presedentdir. Lakin  Azərbaycan bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasına şikayət vermək imkanına malikdir və hökmən verməlidir".

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR