ABŞ-la İranın daha geniş miqyaslı zərbə mübadiləsi, SEPAH-ın Hörmüzdə iki supertankeri vurması fonunda dünya neft bazarında yeni bahalaşma dalğası müşahidə olunur.
Musavat.com xəbər verir ki, Londonun ICE birjasında Brent neftinin qiyməti 1,5 dollara yaxın bahalaşmaqla 85 dollara yaxınlaşıb.
Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiymətində 1,4 dollar artım qeydə alınıb. Bu neft hazırda 80 dollara ticarət olunur.
Musavat.com






