İnsanlara hürriyət, millətlərə istiqlal!

"Minionlar və bədheybətlər"in qapalı nümayişi keçirildi 

197 14.07.2026 18:58 Şou-biznes A A

"Minionlar və bədheybətlər" ailəvi animasiya filminın qapalı nümayişi baş tutub.

Musavat.com xəbər verir ki, tədbirin ən sevilən qəhrəmanı Minionun böyük kuklası olub. Uşaqlar onunla şəkil çəkdirib, rəqs edib və əyləniblər. Animatorlar balaca qonaqlar üçün maraqlı oyunlar, müsabiqələr və əyləncə proqramı hazırlayaraq kinoya gəlişi əsl ailəvi bayrama çeviriblər.

Parlaq dekorasiyalar, şirniyyatlar, furşet və dondurmalar tədbirə xüsusi ab-hava qataraq uşaqlara unudulmaz anlar və xoş təəssüratlar bəxş edib.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri övladları ilə birlikdə iştirak ediblər.

Əyləncə proqramından sonra qonaqlar "Minionlar və bədheybətlər" animasiya filmini böyük ekranda izləyiblər.

"Minionlar və bədheybətlər" - Illumination studiyasının yeni animasiya komediyasıdır. Filmin hadisələri 1920-ci illərin Hollivudunda cərəyan edir. Minionlar qorxu filmi çəkməyi arzulayırlar, lakin əsl bədheybətləri axtararkən gözlənilməz macəralar və təhlükəli xaosla üzləşirlər. Onlar bu qarışıqlığın öhdəsindən birlikdə gəlməli olurlar.

Filmin rejissoru Pyer Koffandır. O, "Minionlar" və "Yaramaz Mən" (Despicable Me) franşizalarının yaradıcılarından biri olmaqla yanaşı, cizgi filmlərinin orijinal versiyasında minyonları səsləndirən daimi aktyordur.

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR