İnsanlara hürriyət, millətlərə istiqlal!

Radev Avropa İttifaqının yeni Orbanı rolunda - Ukraynaya ağır zərbə!

285 14.07.2026 19:03 Dünya A A

Bolqarıstan Ukraynaya hərbi və maliyyə dəstəyi göstərən ölkələrin yaratdığı "İstəklilər koalisiyası"ndan (Coalition of the Willing) çıxacağını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadənxəbər verir ki, bu barədə Bolqarıstan prezidenti Rumen Radev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Sofiya artıq Ukraynaya hərbi və maliyyə yardımının davam etdirilməsini dəstəkləyən koalisiyanın fəaliyyətində iştirak etməyəcək.

"Biz bu münaqişənin maliyyə və hərbi yardımlarla uzadılmasının tərəfdarı olan koalisiyanın üzvü deyilik. Münaqişənin həlli onun hərbi yollarla davam etdirilməsində deyil, eskalasiyaya son qoyacaq güclü diplomatik səylərdədir", – deyə Radev bildirib.

Bloomberg yazır ki, Radyev may ayında vəzifəyə gəldikdən sonra Ukraynaya hərbi yardımın göstərilməsini dayandırıb. Bununla belə, Bolqarıstanın Ukraynaya silah satışına qadağa qoyulmayıb.

Bolqarıstan əvvəlki dövrdə "İstəklilər koalisiyası"nın görüşlərində iştirak etsə də, Parisdə keçirilən son toplantıda təmsil olunmayıb. Həmin görüşdə doqquz Avropa ölkəsi və Ukrayna Rusiyanın ballistik raketlərinə qarşı mübarizə məqsədilə ayrıca əməkdaşlıq formatı yaratmışdı.

Rumen Radyev daha əvvəl də Ukraynanın Rusiya üzərində hərbi qələbə qazanmasının mümkün olmadığını bildirmişdi. O, həmçinin Avropa İttifaqının Rus Pravoslav Kilsəsinin patriarxı Kirill və "Lukoyl" şirkətinin təsisçisi Vahit Ələkbərova qarşı sanksiyalar tətbiq etmək planına etiraz etmişdi. Prezident hesab edir ki, müharibə artıq hərbi qarşıdurma çərçivəsini aşaraq iqtisadiyyat, energetika və hətta din sahəsinə də sirayət edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR