İnsanlara hürriyət, millətlərə istiqlal!

Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı - Yol polisindən XƏBƏRDARLIQ

482 14.07.2026 16:50 Ölkə A A

Xaçmaz rayon sakini Hüseyn Məmmədovun idarə etdiyi VAZ markalı avtomobil Xaçmaz-Xudat yolunda, Qudyalçay çayı üzərindən keçən körpüdən çaya aşıb.

Musavat.com xəbər verir ki, qəza nəticəsində sürücü yaralanıb.

İlkin araşdırmalara görə, hadisənin baş verməsinə səbəb sürücünün yorğun-yuxusuz halda sükan arxasında əyləşməsi ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladıb və sürücülərə müraciət edərək, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırıb.

"Dəyərli sürücülərimiz, hər birimiz qəzanın bir anda baş verdiyinin fərqindəyik. Həmin zaman kəsiyinin arzuları yarıda qoymaması üçün sükan arxasında ayıq-sayıq olmağımız mühüm şərtdir!" - Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR