İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətləri planını açıqladı — 6 əsas bənd

983 16.12.2025 00:19 Dünya A A

Avropa ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdə tutan altı maddəlik plan təqdim edib.

Musavat.com xəbər verir ki, “RBK-Ukrayna”nın məlumatına görə, plan Ukraynanın təhlükəsizliyinin uzunmüddətli təmininə və müharibədən sonrakı dövrdə sabitliyin qorunmasına yönəlib.

Plana əsasən:

1 Ukraynaya daimi hərbi dəstək göstərilməsi nəzərdə tutulur. Sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayı mümkün təhdidlərin qarşısını almaq və ərazini qorumaq məqsədilə 800 min nəfər səviyyəsində saxlanılacaq.

2 Avropanın rəhbərliyi altında çoxmillətli qüvvələr formalaşdırılacaq. ABŞ-ın dəstəyi ilə yaradılan “istəklilər koalisiyası” çərçivəsində bu qüvvələr Ukrayna ordusunun bərpası, hava məkanının və dəniz təhlükəsizliyinin qorunması ilə məşğul olacaq. Zərurət yaranarsa, onların Ukrayna ərazisində fəaliyyəti də mümkündür.

3 Atəşkəsə nəzarət mexanizmi yaradılacaq. ABŞ-ın rəhbərliyi ilə beynəlxalq monitorinq sistemi erkən xəbərdarlıq, pozuntuların qeydə alınması və onlara operativ reaksiya məqsədi daşıyacaq.

4 Hüquqi baxımdan məcburi təhlükəsizlik zəmanətləri veriləcək. Hücum halında tərəfdaş ölkələr hərbi, kəşfiyyat, iqtisadi və diplomatik tədbirlərlə reaksiya vermək öhdəliyi götürəcək.

5 Bərpa və yenidənqurma üçün maliyyələşmə təmin ediləcək, ticarət sazişləri bağlanacaq və Rusiyanın vurduğu zərərin kompensasiyası tələb olunacaq. Rusiya aktivləri Avropa İttifaqında dondurulmuş vəziyyətdə saxlanılacaq.

6 Ukraynanın Avropa İttifaqına üzvlüyünə dəstək davam etdiriləcək.

Məlumata görə, plan Avropa və ABŞ arasında razılaşdırılmış yanaşma kimi təqdim olunur və Ukrayna üçün uzunmüddətli təhlükəsizlik modelinin əsasını formalaşdırmağı hədəfləyir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR