İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtoxuliqanlıq edən sürücü həbs edildi

488 08.10.2025 13:26 Ölkə A A

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Musavat.com-a verilən məlumata görə, DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "BYD" markalı 77-SH-182 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vəzirov İbrahim saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü İ.Vəzirovun idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR