İnsanlara hürriyət, millətlərə istiqlal!

İçərişəhərdəki bu tədbir təxirə salındı - FOTO

849 27.06.2026 19:02 Mədəniyyət A A

Bu gün - 27 iyun tarixində İçərişəhərdə keçirilməsi nəzərdə tutulan “Milli Geyimlər Günü” tədbiri təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, tədbirin təxirə salınmasına səbəb əlverişsiz hava şəraitidir:

“Hava şəraiti ilə əlaqədar “Milli Geyimlər Günü” tədbirini təxirə salmalı olduq. Yeni tarix barədə yaxın günlərdə sizi məlumatlandıracağıq.

Göstərdiyiniz anlayışa görə təşəkkür edir və tezliklə sizinlə görüşməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan milli-mədəni irsinin təbliğinə yönəlmiş zəngin proqram nəzərdə tutulmuşdu. Proqramda milli geyimlərin nümayiş olunduğu sərgi və yarmarkalar, rəngarəng dəfilələr, milli rəqs çıxışları, konsert proqramları, eləcə də müxtəlif mədəni tədbirlər yer alırdı.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR