Moskvada yaşayan qadın 16-cı övladını dünyaya gətirib.
Musavat.com xəbər verir ki, ailədə doqquz oğlan və yeddi qız böyüyür. Moskva həkimləri yerli sakinin 16-cı övladının dünyaya gəlməsinə kömək ediblər. Yeni doğulan oğlanın çəkisi 4,2 kiloqram, boyu isə 56 santimetr olub.
Moskva Səhiyyə Departamentinin məlumatına görə, ana və körpənin vəziyyəti yaxşıdır və onlar təbrikləri qəbul edirlər.
29 saylı doğum evinin kollektivi ailənin illərdir bu tibb müəssisəsinə göstərdiyi etimada görə təşəkkürünü bildirib.
Bundan əvvəl Rusiyada uşaq bağçalarının iş vaxtının saat 20:00-dək uzadılmasının planlaşdırıldığı açıqlanmışdı. Bu təşəbbüs gənc analara dəstək məqsədi daşıyır.
Musavat.com






